Məxfilik
Perk keçidində hansı məlumatı saxlayırıq?
Rəsmi təklifə keçid üçün daxil etdiyiniz e-poçt ünvanını, seçdiyiniz perki və keçidin qeydiyyat vaxtını airdrop.az-ın verilənlər bazasında saxlayırıq. Bu məlumat keçidin qeydiyyatı üçün istifadə olunur.
Rəsmi sayta keçid
E-poçt ünvanınız təklifi təqdim edən sayta göndərilmir və daxil etdiyiniz ünvana avtomatik bülleten və ya reklam göndərilmir. Rəsmi saytda həmin provayderin öz məxfilik qaydaları tətbiq edilir.
Perk təklif edəndə
Formadakı məlumatları təklifi nəzərdən keçirmək və sizinlə əlaqə saxlamaq üçün saxlayırıq. Məlumatlar FormSubmit xidməti vasitəsilə airdrop.az komandasına göndərilir.
Erkən giriş
Erkən giriş siyahısına qoşulduğunuzda e-poçtunuzu yeni təkliflər barədə məlumat vermək üçün saxlayırıq.
Əlaqə və məlumatın silinməsi
Saxlanmış məlumatla bağlı sualınız və ya silinmə istəyiniz varsa, salam@airdrop.az ünvanına yaza bilərsiniz.